Avqustda sosial yardımların veriləcəyi tarix açıqlandı

21 Avqust 2026 13:17

Ünvanlı dövlət sosial yardımlarının bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)