Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41°-dək yüksələcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:
"Avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)