Sabah 40 dərəcə isti olacaq

21 Avqust 2026 12:50

Azərbaycanda avqustun 22-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 35-38, bəzi yerlərdə 40, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)