Türkiyəli müğənni Mert Demir Harbiye Cemil Topuzlu Açıq Hava Teatrındakı konsertində tamaşaçıları təəccübləndirib.
Milli.Az xəbər verir ki, müğənni konsert zamanı bərbərini səhnəyə dəvət edərək bığlarını canlı yayımda qırxdırıb.
Ardınca qısa müddətlik səhnədən ayrılan Demir konsertin ikinci hissəsində yeni imici ilə geri qayıdıb.
Onun bığsız görünüşü tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Milli.Az