İngiltərənin "Tottenhem" klubu "Mançester Siti"nin braziliyalı hücumçusu Savinyonun transferi ilə bağlı ilkin razılaşma əldə edib.
Milli.Az xəbər verir ki, tərəflər arasında futbolçunun keçidi ilə bağlı şifahi razılıq əldə olunub. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı Savinyonun transferi "Tottenhem"ə təxminən 75 milyon funt sterlinqə başa gələcək. Bu məbləğ təqribən 88 milyon avroya bərabərdir.
Braziliyalı futbolçunun yaxın günlərdə "Tottenhem"in düşərgəsinə yollanacağı gözlənilir. Savinyonun keçid rəsmiləşdirilməzdən əvvəl tibbi müayinədən keçəcəyi qeyd olunur.
Transferin bütün detalları dəqiqləşdikdən sonra Savinyonun "Tottenhem" formasını geyinməsi gözlənilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)