Azərbaycan Respublikasının Kosta Rikada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini təqdim edib.
Milli.Az xəbər verir ki, səfir bu məqsədlə Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Tovar Riveraya görüşərək müvafiq sənədi təqdim edib.
Görüş zamanı Azərbaycanı Kosta Rikada diplomatik səviyyədə təmsil edəcək Seymur Fətəliyevin fəaliyyətinə start verilib.
Qeyd edək ki, etimadnamənin surətinin təqdim edilməsi yeni təyin olunan səfirin qəbul edən ölkədə diplomatik fəaliyyətə başlaması üçün əsas mərhələlərdən biridir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)