Rusiyalı UFC çempionu döyüşlərdən kənarlaşdırıldı

21 Avqust 2026 15:23

ABŞ-ın Pensilvaniya Ştat Atletika Komissiyası UFC yarımorta çəki çempionu İslam Maxaçevi (Rusiya) qabırğa zədəsi səbəbindən 30 günlük döyüşlərdən kənarlaşdırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə MMA Junkie məlumat yayıb.

Qeyd edək ki, Maxaçev ABŞ-ın Filadelfiya şəhərində keçirilən "UFC 330" turnirində irlandiyalı Yan Qerri ilə döyüş zamanı zədə alıb. Maxaçev yekdil qərarla qalib gəlib və titulunu qoruyub.

Xatırladaq ki, Maxaçevin MMA-da 29 qələbə və 1 məğlubiyyət rekordu var. O, çəki dərəcəsindən asılı olmayaraq UFC reytinqinə başçılıq edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)