Belçika Kralı Filippin qardaşı Şahzadə Loran 26 yaşlı Klement Vandenkerkhovu rəsmi olaraq oğlu kimi tanıyıb.
Milli.Az xəbər verir ki, bununla Vandenkerkhov şahzadə titulunu əldə edib və atasının digər övladları ilə bərabər miras hüququ qazanıb.
Klement 2003-cü ildə, Loranın Şahzadə Klerlə evliliyindən əvvəl dünyaya gəlib. Şahzadə Loran onun bioloji atası olduğunu 2025-ci ilin sentyabrında açıqlamışdı.
Vandenkerkhov şahzadə titulunu daşısa da, kral ailəsi adından rəsmi fəaliyyət göstərə bilməyəcək. O, həmçinin atasının digər övladları ilə bərabər miras almaq hüququna sahib olacaq.
26 yaşlı şahzadənin hazırkı soyadını dəyişərək Saks-Koburq soyadını götürüb-götürməyəcəyi isə məlum deyil.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)