Şotlandiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Seltik" - LASK matçı zamanı faciəvi hadisə baş verib.
Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, Qlazqodakı "Seltik Park" stadionunda 65 yaşlı azarkeşin səhhəti qəfil pisləşib.
Kritik vəziyyətdə olan kişiyə tribunada ilkin tibbi yardım göstərilib. Daha sonra o, xərəkdə stadiondan çıxarılaraq təcili tibbi yardım ilə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qarşılaşma "Seltik"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)