ABŞ-də təyyarə helikopterlə toqquşdu, pilot öldü - (Video)

21 Avqust 2026 11:18

ABŞ-ın Pensilvaniya ştatında Karlayl hava limanında Cessna 150 təyyarəsi polis helikopteri ilə toqquşub.

Milli.Az "WCHS-TV"yə istinadən verdiyi məlumata görə, hadisə təlim uçuşları zamanı baş verib. Təyyarənin pilotu hadisə yerində ölüb. O, təyyarədəki yeganə şəxs olub.

Helikopterdə olan iki polis əməkdaşı isə xəsarət almayıb.

Hadisənin səbəbləri FAA və NTSB tərəfindən araşdırılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)