Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vito" markalı mikroavtobus arxadan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)