UEFA Avropa Liqası: “Beşiktaş” qələbə qazandı, Salahlı “Trabzonspor” öz meydanında uduzdu

21 Avqust 2026 09:00

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu gün turun ilk oyunları keçirilib.

"Beşiktaş" "Kaunas Jalgiris"i qəbul edib. Görüş "qara qartallar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Trabzonspor" isə "Ferentsvaroş"la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Qonaqlar rəqibini minimal hesabla məğlub edib - 1:0.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)