Bu rayonlar işıqsız qalacaq

21 Avqust 2026 09:08

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Bu barədə Milli.az "Azərişıq"a istinadən xəbər verir.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:30-dan 13:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ucar EŞ-yə daxil olan Alpı, Keçəkənd və Qulabənd kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 15:00-dək Göyçayın Şəhadət və Qarabağlar kəndlərini də əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)