Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.
Milli.Az-ın məlumatına görə, hücumçu Xorvatiyada "Hayduk"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda fərqlənib.
Forvard 27-ci dəqiqədə bərabərlik qoluna imza atıb. Hazırda matçda hesab bərabərdir - 1:1.
Xatırladaq ki, Mahir Emreli iyulun 17-də "Rakuv"a keçib. Bu, onun yeni komandasında üçüncü qoludur./"Report"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)