"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Milli.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.
Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
xxx
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda hesab açılıb.
Milli.Az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub - 1:0.
Kadi Borges 52-ci dəqiqədə fərqlənib.
xxx
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb.
Milli.Az-ın məlumatına görə, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir.
Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
Xatırladaq ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək./Report