Göyçayda başına ot presi düşən kişi öldü

20 Avqust 2026 18:45

Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib.

1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)