Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabineti (NK) altı ay müddətində Azərbaycan Dövlət Turizm Agentliyinin təklifləri əsasında "Turizm haqqında" qanunun təkmilləşdirilməsi, üç ay müddətində isə turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.
Bundan başqa, NK Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair, həmçinin nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli və tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)