Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı

20 Avqust 2026 15:49

2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Milli.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, proses 20 avqust saat 15:00-dan etibarən aktivləşdirilib.

Elektron yerdəyişmə 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edir. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə ilə bağlı Agentliyin və təhsilin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)