Xəbər verdiyimiz kimi, bu gün İsmayıllı rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəzada həyatını itirənlər 60 yaşlı Elina Məmmədova və 2026-cı il təvəllüdlü körpədir (oğlan).
Hadisə nəticəsində Türkanə Sadıqova (29 yaş), İlahə İsmayılova (25 yaş), Məmməd Məmmədov (25 yaş), Faiq İsmayılov (25 yaş), Zahid Nuriyev (25 yaş) xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)