Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb.
Milli.Az xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb.
O qeyd edib ki, təkcə sanitar qovşaq yox, otaqlar və dəhlizlər də anti-sanitar vəziyyətdədir.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
.