Astronomlar Yer kürəsindən təxminən 2,5 dəfə böyük, lakin kütləsi 23 dəfə çox olan qeyri-adi ekzoplanet aşkarlayıblar.
Milli.Az xəbər verir ki, GJ 523b adlandırılan planet yüksək sıxlığı ilə diqqət çəkir. Böyük kütləsinə baxmayaraq, onun qaz nəhəngi deyil, əsasən qayalı planet olduğu ehtimal edilir.
Planet NASA-nın TESS kosmik teleskopu və yerüstü teleskopların məlumatları əsasında müəyyənləşdirilib. GJ 523b öz ulduzunun ətrafında təxminən 18 günə bir dövr edir və sistemin yaşının 170 milyon il olduğu təxmin edilir.
Alimlərin fikrincə, belə böyük kütləli planetlərin ətrafında adətən qalın qaz təbəqəsi formalaşmalıdır. GJ 523b-də isə bunun müşahidə edilməməsi onun yaranması ilə bağlı suallar doğurur.
Tədqiqatçılar planetin atmosferini zamanla itirmiş ola biləcəyini və ya iki böyük planetin toqquşması nəticəsində formalaşdığını ehtimal edirlər.
Milli.Az