Xırdalandakı qətlə görə saxlanılanların Fotoları

20 Avqust 2026 13:49

Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gecə Xırdalan şəhər Yusif Məmmədəliyev küçəsində 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq qətlə yetirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)