Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

21 Avqust 2026 05:05

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər.

Milli.Az xəbər verir ki, araşdırma Finlandiyada aparılıb və qəhvə istehlakının bədən quruluşu və metabolik göstəricilərlə əlaqəsi öyrənilib.

Tədqiqat zamanı daha çox qəhvə qəbul edən iştirakçılarda ümumi yağ kütləsinin və qarın bölgəsindəki piyin daha az, əzələ kütləsinin isə nisbətən çox olduğu müşahidə edilib.

Alimlər isə bu nəticələrin qəhvənin birbaşa arıqlamağa səbəb olduğunu göstərmədiyini vurğulayırlar. İnsanın qidalanması, fiziki aktivliyi və digər həyat tərzi xüsusiyyətləri də bədən quruluşuna təsir göstərə bilər.

Milli.Az