“Sabah”ın qazax qapıçısı milliyə çağırıldı

20 Avqust 2026 11:10

"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə dəvət alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Potkatilov yığmannın UEFA Millətlər Liqasında keçirəcəyi növbəti oyunlar üçün geniş heyətinə daxil edilib.

Qeyd edək ki, Qazaxıstan millisi sentyabrın 26-da Farer adaları, sentyabrın 29-da Slovakiya, oktyabrın 2-də isə Moldova ilə qarşılaşacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)