Məşhur musiqi prodüseri Şon "Diddi" Kombs 1996-cı ildə qətlə yetirilən reper Tupak Şakurun ölümü ilə bağlı cinayət ittihamları ilə üzləşə bilər.
Milli.Az "The Telegraph"a istinadla yazır ki, bu ehtimal Duane "Keffe D" Devisin hazırda davam edən məhkəmə prosesi ilə əlaqələndirilir. Devis Tupakın qətlini təşkil etməkdə ittiham olunur.
İstintaqın əsas iddialarından biri Devisin 2008-ci ildə gizli səs yazısında Diddinin Tupakı öldürmək üçün 1 milyon dollar təklif etdiyini söyləməsidir. Diddi isə bu iddiaları daha əvvəl "tamamilə uydurma" adlandıraraq rədd edib.
Devis təqsirli bilinərsə, onun ifadələri və məhkəmədə ortaya çıxacaq yeni sübutlar Diddiyə qarşı ayrıca araşdırmanın başlanmasına zəmin yarada bilər.
Bununla belə, hazırda Diddiyə qarşı Tupakın qətli ilə bağlı rəsmi ittiham irəli sürülməyib və hüquq-mühafizə orqanları onu bu cinayətdə şübhəli elan etməyib.
Qeyd edək ki, Tupak Şakur 1996-cı ilin sentyabrında Las-Veqasda avtomobildən açılan atəş nəticəsində 25 yaşında öldürülüb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)