Avqustun 20-nə keçən gecə Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində azı 12 nəfər həlak olub, 33 nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Hücum şəhərin bir neçə rayonunda 12-dən çox ərazidə dağıntılara səbəb olub. Yaşayış binaları, tibb müəssisəsi və təhsil ocağı zərər görüb, anbarlarda yanğınlar baş verib.
Məlumata görə, cəmi 15 dəqiqə ərzində Kiyevə 20-yə yaxın raket atılıb. Hücumun ballistik raketlərlə həyata keçirildiyi bildirilir.
Hadisə ilə əlaqədar Kiyevdə matəm elan olunub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)