Gürcüstanda hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

20 Avqust 2026 23:01

Gürcüstanda  Azərbaycan dili ölkə əhalisinin ana dili baxımından ikinci ən çox istifadə etdiyi dildir.

Milli.Az xəbər verir ki, Gürcüstan Milli Statistika Xidməti 2024-cü il Gürcüstan Əhali və Kənd Təsərrüfatı Siyahıyaalmasının əsas nəticələrini dərc edib.

Dərc olunan məlumata görə, 265 534 nəfər, yəni əhalinin 6,8 faizi Azərbaycan dilini ana dili hesab edir. Bu isə təxminən hər 15 nəfərdən birinin Azərbaycan dilini ana dili hesab etməsi deməkdir. Ölkədə 265 min 534 nəfər Azərbaycan dilini ana dili kimi göstərib. 2014-cü il siyahıyaalınması ilə müqayisədə Azərbaycan dilində danışanların sayı 14,7 faiz artıb.

Ana dili gürcü dili olanların sayı isə 3 343 987 nəfər təşkil edib. Bu, ölkə əhalisinin 85,1 faizinə bərabərdir. 2014-cü illə müqayisədə gürcüdilli sakinlərin sayı 2,7 faiz artsa da, onların ümumi əhalidəki payı 87,6 faizdən 85,1 faizə enib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)