Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib

20 Avqust 2026 11:09

Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı.

"Unikal" bu məlumatı dəqiqləşdirmək üçün qurum rəsmisi ilə əlaqə saxlayıb.

A.Nəcəfli isə "yollarla bağlı sorğunuz varsa, buyurun", - deyə bildirib.

xxx

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.

Milli.Az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.

Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Anar Nəcəfli də məsələ ilə bağlı danışmaqdan imtina edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)