Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

20 Avqust 2026 10:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq Filialının şöbə müdiri vəzifəsindən azad edilib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki,  bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rəşad Musazadə Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq Filialının Sənədlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad olunub. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)