"Sabah"ın futbolçusu Velko Simiç adındfan söz etdirməyə davam edir.
Milli.Az xəbər verir ki, 31 yaşlı serbiyalı yarımmüdafiəçi bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində bombardirlər siyahısında liderdir.
Pley-off-da İsrailin "Hapoel Beer-Şeva" komandasına qarşı ilk oyunda fərqlənən futbolçu turnirdəki qollarının sayını 6-ya çatdırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)