Aksel Vitsel karyerasını bitirəcəyi kluba transfer olundu

20 Avqust 2026 13:32

Ulduz belçikalı yarımmüdafiəçi Aksel Vitsel futboldan getməyə hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın "Nitsa" klubunun yeni transferi olunan təcrübəli oyunçu klubun karyerasında sonuncu dayanacaq olacağına işarə edib.

Vitsel yeni komandası ilə "1+1" illik müqaviləyə imza atıb. 

Bildirək ki, Aksel Vitsel karyerası ərzində "Standard" (Belçika), "Benfika" (Portuqaliya), "Zenit" (Rusiya), "Borussiya" (Dortmund, Almaniya), "Atletiko" (İspaniya) və "Tyantszin Teda" (Çin) klublarının da formasını geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)