"Qarabağ" "Tvente"yə qarşı

20 Avqust 2026 09:54

"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

Milli.Az xəbər verir ki, Ağdam klubu mərhələnin ilk oyununda Niderlandın "Tvente"si ilə səfərdə qarşılaşacaq.

"Qrols Veste" arenasında baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Cavab qarşılaşması isə avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

20 avqust

Saat 22:00, "Tvente" - "Qarabağ".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)