“Niva” dərəyə aşdı - Ər-arvad öldü - (Foto)

20 Avqust 2026 09:14

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib.

Milli.Az xəbər verir ki, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ 2121" Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AZƏRTAC-ın məlumatına görə, vəfat edən Ş.Aslanovanın həyat yoldaşı, 1951-ci il təvəllüdlü Mətləb Aslanov Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)