Xalq artisti Röya Ayxan məkanlardan birində səhnə alaraq çıxışı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, pop ulduzun səhnə üçün seçdiyi geyim tərzi də izləyicilərin marağına səbəb olub. Bel və qarın hissəsi açıq, dekolteli libasda səhnəyə çıxan ifaçının görünüşü sosial şəbəkələrdə bəyənilib.
Röya Ayxanın səhnə performansından yayılan görüntülər qısa zamanda maraq və bəyənmə toplayıb.
Sənətçinin sözügedən görüntüsünü təqdim edirik.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)