Yenicə ailə quran Xananın əri ilə görüntüləri maraq doğurdu: Tanışlıq hekayəsini danışdı - (Video)

21 Avqust 2026 01:01

Səhnədən uzaqlaşan Xana Babayevanın (Xanım Babayeva) həyat yoldaşı ilə istirahət anlarından olan görüntüləri diqqət çəkib.

Milli.Az xəbər verir ki, cütlüyün birlikdə çəkdirdiyi görüntülər izləyicilərin marağına səbəb olub. Xanım Babayeva sosial şəbəkədə izləyicilərinin həyat yoldaşı ilə necə tanış olması barədə sualını da cavablandırıb.

Keçmiş müğənni bildirib ki, həyat yoldaşı saç ustasıdır və onlar gözəllik mərkəzində tanış olublar:

"O, saç ustasıdır. Gözəllik mərkəzinə gələndə tanış olduq. Bu videodakı da mənəm, saçımı kəsdirməyə icazə vermir".

Xanım Babayevanın həyat yoldaşı ilə bağlı səmimi açıqlaması və cütlüyün görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)