Gəncədə 25 yaşlı kişi meyiti tapıldı

19 Avqust 2026 20:29

Gəncədə evdən kişi meyiti tapılıb. 

Milli.Az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Mətləb Alıyevin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb./"Qafqazinfo"