Kasko sığorta ilə bağlı yeni qaydalar? - (Video)

19 Avqust 2026 15:59

Yaxın vaxtlarda kasko sığorta ilə bağlı yeni dəyişikliklərin tətbiqi gözlənilir. Mərkəzi Bank bildirir ki, yeniliklər beynəlxalq standartlara uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin dəqiqləşdirilməsini və istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspert Vüsal Bədovun sözlərinə görə, müqavilələrdə zərərin hesablanması, təmir və ehtiyat hissələrinin seçimi, eləcə də sığortalının ödəyəcəyi məbləğ açıq göstərilməlidir.

Bədov hesab edir ki, risk əsaslı sığorta haqlarının tətbiqi və şəffaflığın artırılması kasko sığortasına marağı və bazara inamı yüksəldə bilər.

Ətraflı videomaterialda:

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)