Qardaşı şəhid olan keçmiş müğənni Xana Babayeva (Xanım Babayeva) izləyicilərinin şəhid qardaşı ilə bağlı ünvanladığı sualları cavablandırıb.
Milli.Az xəbər verir ki, sənətçi qardaşı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib. O, qardaşının onun müğənnilik fəaliyyəti ilə bağlı münasibətindən və müharibəyə könüllü getməsindən danışıb.
"Oxumağımı heç istəmirdi. Çox qısqanc idi. Amma ailəmi saxlamaq üçün işləməli idim, başqa çarəm yox idi. Müharibəyə könüllü getdi, biz heç istəmirdik".
Keçmiş müğənni qardaşının vəfatından sonra ürəyində çox söz qaldığını da qeyd edib:
"Ürəyimdə söz çoxdur, danışsam bitməz. Bu sənətə davam edə bilməzdim, çünki ona söz vermişdim", - deyə Xanım Babayeva bildirib.
Xanım Babayevanın şəhid qardaşı ilə bağlı səmimi açıqlamaları izləyicilər tərəfindən kövrəkliklə qarşılanıb. Onun etirafları sosial şəbəkələrdə də diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)