İngiltərənin "Çarlton" futbol klubunun ev oyunlarının keçirildiyi Londonun məşhur "Velli" stadionunda kişi meyiti aşkarlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda ölümün səbəblərini və hadisənin təfərrüatını müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları tərəfindən istintaq davam etdirilir.
"Çarlton" klubu çərşənbə axşamı səhər saatlarında "Velli" stadionunda kişi cəsədinin tapılması ilə əlaqədar başlanmış araşdırmada polisə hərtərəfli dəstək göstərir. Bazar ertəsi səhər erkən baş vermiş insidentlə əlaqədar polis dərhal stadiona çağırılıb. Çox təəssüf ki, həmin şəxs elə hadisə yerindəcə dünyasını dəyişib", - deyə klubun bəyanatında vurğulanır.
Xatırladaq ki, şənbə günü "Çarlton" məhz "Velli" stadionunda İngiltərənin gücünə görə ikinci divizionu olan Çempionşipin ilk turu çərçivəsində "Derbi Kaunti" ilə qarşılaşıb və 2:1 hesablı inamlı qələbə qazanıb.
Bu nəticədən sonra hesabına 3 xal yazdıran "Çarlton" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komandanın növbəti matçı avqustun 22-də səfərdə "Vest Hem" klubuna qarşı olacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)