Zaqatala rayonu ərazisində baş verən qəzada ağır xəsarət alan sərnişin xəstəxanada ölüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 14-də baş verib. Şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanov "Lada Priora" avtomobilinin sükanı arxasında idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.
Qəza nəticəsində sürücü M.Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri - 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdilər. Həkimlərin səyinə baxmayaraq T.Ramazanov avqustun 18-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib.
Oxu.Az T.Ramazanovun fotosu təqdim edir:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)