"Real Madrid"in baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Rodrinin komandaya transferinin baş tutmaması ilə bağlı fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis bildirib ki, "Real Madrid" kimi böyük klubda oynamaqla bağlı tərəddüd edən futbolçulara ehtiyac yoxdur.
Mourinyo Rodrinin yüksək səviyyəli futbolçu olduğunu vurğulasa da, transferin reallaşmamasına görə peşman olmadığını deyib. Onun sözlərinə görə, klub hazırda güclü heyətə sahibdir.
"Əgər futbolçuya 'Real Madrid'dən zəng edirlərsə, onun cavabı yalnız 'nə vaxt gəlməliyəm?' olmalıdır. Belə miqyaslı bir klub ikili düşüncələrə dözüm göstərmir", - deyə baş məşqçi bildirib.
Mourinyo Rodrinin danışıqlar zamanı özünü çox nəzakətli apardığını və onun haqqında mənfi fikir söyləməyə əsas olmadığını qeyd edib. Bununla belə, futbolçunun qərar verməkdə tərəddüd etməsinin onun öz mövqeyinə də təsir etdiyini açıqlayıb.
"Onun şübhələri var idi. O, tərəddüd edirdi. Rodrinin malik olduğu şübhələr məndə də şübhələr yaratdı", - deyə Mourinyo vurğulayıb.
Baş məşqçinin sözlərinə görə, "Real Madrid" Rodri üçün kifayət qədər yaxşı təklif irəli sürüb. Lakin transfer baş tutmayıb və klub hazırkı heyətindən razı qalıb.
Qeyd edək ki, "Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)