Xameneinin qohumu həbs olundu

19 Avqust 2026 11:41

İranın ali rəhbərinin qohumu və İran Hizbullahı təşkilatının rəhbəri Məhəmmədbağır Xərrazi həbs edilib.

Milli.Az "Azad Iran"a istinadən xəbər verir ki, Xərrazi günlər öncə Qumdakı Ruhanilər üzrə Xüsusi Məhkəmənin qərarı əsasında saxlanılıb. Onun "milli təhlükəsizliyə qarşı fəaliyyət"də ittiham edildiyi bildirilir.

Xərrazi bundan öncə Ruhanilər üzrə Xüsusi Məhkəməyə çağırılıb və daha sonra barəsində cinayət işi başlanıb.Ona hökumət və ölkədəki son siyasi proseslərlə bağlı mübahisəli açıqlamalarından sonra iş açıldığı qeyd olunur.

Hökumət mollasının həbsi İranın məhkəmə orqanları tərəfindən indiyədək rəsmi şəkildə təsdiqlənməyib. 

Xatırladaq ki, ruhani daha öncə İran prezidentinin istefası məsələsi ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. O, habelə, İslam Respublikasında mövcud idarəetmə modelini "köhnəlmiş" adlandıraraq, daha sərt teokratik idarəetmə formasına keçidə çağırış edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)