Ukraynada Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAPO) tərəfindən xüsusi əməliyyat başladılıb.
Milli.Az xəbər verir ki, əməliyyat çərçivəsində Ali Radanın hazırkı və keçmiş deputatlarının rəhbərlik etdiyi iddia olunan cinayətkar təşkilat araşdırılır. İstintaqın diqqətində Prezident Volodimir Zelenskinin Ofisinin bəzi əməkdaşları və digər şəxslərin də olduğu bildirilir.
NABU-nun açıqlamasında qeyd olunub ki, hüquq-mühafizə orqanları sözügedən şəxslərin mümkün cinayət fəaliyyətində iştirakını araşdırır.
Hazırda əməliyyatın detalları və araşdırılan şəxslərin kimliyi barədə əlavə məlumat açıqlanmayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)