Heyli Biber brilliant üzüyü diqqət çəkdi - (Foto)

19 Avqust 2026 21:27

Paparatsiyalar model Heyli Biberi Beverli-Qlendə, məşhur müğənni əri Castin Biberlə birlikdə məşqdən sonra idman zalından çıxarkən görüntüləyiblər.

Milli.Az xəbər verir ki, ictimaiyyətin diqqətini cütlüyün görünüşündən çox, Heylinin barmağındakı yeni üzük çəkib.

Modelin sol əlində "kushion" kəsimli, uzunsov formalı brilyant diqqət çəkib. Bu, Heylinin daim yenilənən zinət əşyaları kolleksiyasına əlavə etdiyi növbəti aksesuardır./OLAY

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)