ABŞ-də "Captain Crunch Boats" YouTube kanalının sahibi canlı yayım zamanı bıçaqlı hücuma məruz qalıb.
Milli.Az xəbər verir ki, hadisə Texas ştatının Klir Leyk bölgəsində baş verib. Bloqer körpüdə canlı yayım apardığı zaman qayıqla istirahət edən bir ailə ilə mübahisə edib.

Məlumata görə, kontent yaradıcısı uşaqların yanında zarafatla "OnlyFans" üçün video çəkdiyini deyib. Bu isə ailədəki kişilərdən birinin narazılığına səbəb olub. Tərəflər arasında mübahisə yaranıb və onlar bir-birini təhqir ediblər.
Bir müddət sonra bloqerə bıçaqla hücum edilib. Hadisə anı canlı yayımda qeydə alınıb.
Bloqer xəstəxanaya aparılıb və daha sonra evə buraxılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)