Meşədən meyvə və göbələk toplamaq qadağandır?

19 Avqust 2026 11:24

Yol kənarında ağac görüb meyvə yığmaq çoxlarına adi hal kimi görünsə də, bu hər zaman qanuni deyil.

Bəs hansı hallarda meyvə toplamaq olar və buna görə cərimə tətbiq edilə bilər?

Milli.Az xəbər verir ki, ağacdan meyvə götürməyin icazəli olub-olmaması ilk növbədə həmin ərazinin kimə məxsus olmasından asılıdır. Qanunvericiliyə görə isə hər ərazidən icazəsiz şəkildə məhsul toplamaq mümkün deyil.
 
İnzibati Xətalar Məcəlləsində meşə fondu ərazilərində müəyyən məhsulların özbaşına yığılmasına görə məsuliyyət nəzərdə tutulur. Belə ərazilərdə icazəsiz ot biçmək, mal-qara otarmaq, həmçinin yabanı meyvə, qoz-fındıq, göbələk və giləmeyvə toplamaq qanunla məhdudlaşdırılır.

Qadağan olunmuş və ya yalnız meşə bileti əsasında istifadəsinə icazə verilən meşə fondu sahələrində bu qaydaların pozulmasına görə fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 5 000-6 500 manat məbləğində cərimə oluna bilərlər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)