"Hörümçək Adam" daha bir rekorda imza atıb.
Milli.Az xəbər verir ki, Tom Hollandın baş rolda olduğu "Hörümçək Adam: Yeni Bir Gün" filmi dünya üzrə 2 milyard dollardan çox gəlir əldə edib.
Film bu göstəriciyə nümayişdən cəmi 3 həftə sonra çataraq 2 milyard dollarlıq həddi ən sürətli keçən filmlərdən biri olub. Bu nəticə ilə "Yeni Bir Gün" 2021-ci ildə yayımlanan "Hörümçək Adam: Evə Qayıtmaq Yoxdur" filminin 1,9 milyard dollarlıq gəlirini də geridə qoyub.
Rekord sürətinə görə film yalnız "Qisasçılar: Son Oyun"dan geri qalır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)