Baş həkim işdən çıxarıldı

19 Avqust 2026 10:16

"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, müvafiq əmrlə Mirrəhim Nəbiyevin xəstəxananın rəhbəri vəzifəsində fəaliyyətinə xitam verilib.

Hazırda Yevlax Regional Xəstəxanasına kimin rəhbərlik edəcəyi barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, Mirrəhim Nəbiyevin vəzifədən azad olunmasının səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.

him Nəbiyev daha əvvəl Masallı Rayon Vərəm Dispanserinin baş həkimi vəzifəsində çalışıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)