Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)

19 Avqust 2026 12:53

Türkiyədə ötən ay həbs olunan sənətçi Haluk Levent "Ahbap" platformasının hesablarından milyardlarla lirənin şəxsi hesablara köçürüldüyü barədə iddialara münasibət bildirib.

Milli.Az xəbər verir ki, Levent sosial media hesabında "Bir gündə 5 milyard TL-nin "Ahbap" hesabından Yeliz Kayanın hesabına keçdiyini dediniz. Bunun ödəniş sənədi var?" - deyə yazıb.

Sənətçi "Ahbap" hesabından şəxsi hesablara milyardlarla lirə köçürüldüyü iddiasını təkzib edib. Onun sözlərinə görə, iyulun 10-da platformanın bank hesabına 140 milyon TL daxil olub. Həmin gün qızılın qiymətinin enməsi səbəbindən əlavə 6 milyon TL məbləğində qızıl alınıb.

Levent Akın Gürlekin Yeliz Kayanın hesabına bir gündə 1-5 milyard TL arasında vəsait köçürülməsi ilə bağlı açıqlamasına da toxunub. O, bu iddianı təsdiqləyən bank sənədinin açıqlanmasını tələb edib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)