Dünya ulduzuna autizm diaqnozu qoyuldu

19 Avqust 2026 21:46

Britaniyalı müğənni Robbi Uilyamsa autizm diaqnozu qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə "Metro" qəzeti məlumat yayıb. Müğənninin sözlərinə görə, o, diqqət çatışmazlığı və hiperaktivlik sindromu ilə yaşayır. İndi isə ona autizm diaqnozu qoyulduğunu öyrənib.

"Bu, mənim çox xoşuma gəlir, çünki bir çox şeyi izah edir" deyə, Robbi bildirib.

Uilyams zarafatla deyib ki, diaqnoz onun üçün "həbsxanadan azad olunmaq kartıdır". Müğənni qəribə davranışlarını bundan sonra autizmlə əlaqələndirəcəyini də qeyd edib.

Daha sonra ciddi danışan Robbi uzun müddətdir obsesiv düşüncələrdən əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, bu düşüncələrin yaratdığı panika və qorxunu azaltmaq üçün beynini yaradıcı olmağa öyrətməyə çalışır./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)